Modern.az

ABŞ-da prezident seçkisinə 887 milyon dollar xərclənib

ABŞ-da prezident seçkisinə 887 milyon dollar xərclənib

Dünya

9 Dekabr 2016, 11:45

ABŞ-ın seçki üzrə federal komissiyası prezidentliyə namizədlərin seçkiqabağı fondları ilə bağlı məlumatı açıqlayıb.

Modern.az-ın verdiyi xəbərə görə, məlum olub ki, yeni seçilən prezident Donald Tramp seçki kampaniyasına 322 milyon dollar sərf edib.

Bunun 66 milyonu milyarderin öz puludur.

Məğlub olan keçmiş dövlət katibi Hillar Klintonun seçki kampaniyasında xərclədiyi pul isə 565 milyon dollara çatıb.

ABŞ-ın 45-ci prezidenti Donald Tramp 2017-ci il yanvarın 20-də keçiriləcək inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU