Riqanın bələdiyyə polisinin əməkdaşları Sarkandauqava poçt şöbəsində 91 yaşlı silahlı pensiyaçı olduğu haqda çağırış alıblar. Modern.az xarici mediaya istinadən verdiyi xəbərə görə, hadisə yerinə gələn polisləri poçtun əməkdaşı qarşılayaraq yaşlı kişini göstərərək qanun keşikçiləri gələnə qədər onu silahla hədələdiyini deyib.
Məlum olub ki, kişi poçta pensiyasını almaq üçün gəlib, ancq ona pulun bank hesabına köçürüldüyünü deyiblər.
Bu cavab pensiyaçını təmin etməyib. O, çantasından tapança çıxararaq poçtun əməkdaşını hədələyib.
Axtarış zamanı pensiyaçının üstündən pnevmatik tapança götürülüb.
Kişi polıislərə deyib ki, poçtun əməkdaşına hədə-qorxu gəlməyib, yalnız tapançanı göstərmək istəyib.
Modern.az