Modern.az

Deputat Fuad Muradov “11 mart -Böyük Xalq Günü” aksiyasından danışdı

Deputat Fuad Muradov “11 mart -Böyük Xalq Günü” aksiyasından danışdı

10 Mart 2011, 15:59

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov Facebook sosial şəbəkəsi vasitəsilə “11 mart -Böyük Xalq Günü” aksiyasına hazırlaşam gənclərin addımlarına münasibət bildirib.

- Fuad müəllim Facebook sosial şəbəkəsində 11 martla bağlı yazılan fikirlərə münasibətinizi öyrənmək istərdik...

- Bu məsələ ilə tanışam. Amma burada bir sıra qaranlıq məqamlar var. Təkcə tarix məlumdur. Amma nəyə etiraz etdiklərini konkret olaraq bildirmirlər. İstəkləri, tələbləri nədir aydın deyil. Sanki bir xaotik hərəkət müşahidə olunur. Odur ki, bu məsələni şişirtməyin və gündəmdə saxlamağın tərəfdarı deyiləm.

 

- Bəs gənclər təşkilatı olaraq hansısa araşdırma aparmısınız? 

- Bəli, bununla bağlı bəzi araşdırmalar apardıq. Burada bir şəxs bir neçə adla «facebookda» qeydiyyatdan keçib. Bunları araşdırdıqda məlum olur ki, burada böyük əksəriyyəti xaricdə yaşayan insanlardır ki, müxtəlif fikirlər yazaraq «etiraz» edirlər. Həqiqətən bu çox gülüncdür.

 

Bəs nə təklif edirsiniz?

 

- Təklifimiz odur ki, biz həm Gənclər Təşkilatları Milli Şurası olaraq, həmçinin mən millət vəkili kimi həmin gənclərlə görüşməyə və onları dinləməyə hazıram. Qoy gəlib açıq şəkildə problemlərini desinlər. Əgər həll olunmasa o zaman etiraz edərlər.

 

- Necə düşünürsünüz Azərbaycan gəncləri hansısa aksiyalara qoşulacaqmı?

 

- İnanmıram. Ölkə prezidenti gənclər məsələsini hər zaman diqqətdə saxlayır. Bütün məsələlərdə gənclər siyasəti dövlət siyasətinin ən başlıca istiqamətlərindəndir və gənclərimiz prezident İlham Əliyevin ətrafında sıx birləşmişdir. Azərbaycan gəncləri həmişə dövlətçiliyin güclənməsi və müstəqilliyin qorunub saxlanmasında fəallıq nümayiş etdirib və bundan sonra da etdirəcəklər. 

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal