Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 kvadrat metr sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az