Solomon adaları sahillərində 6,9 bal gücündə zəlzələ baş verib. Modern.az saytı xəbər verir ki, yeraltı təkanların episentri Kirakira yaşayış məntəqəsindən 87 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə hələlik məlumat verilmir.
Modern.az