Daxili İşlər Nazirliyi icra başçısının köməkçisinin öldüyü qəza ilə bağlı məlumat yayıb.
Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 9-da saat 21 radələrində Goranboy rayonunun Qarabucaq kəndində rayon sakinləri Fuad Əliyevin və Elsevər Musayevin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və E.Musayevin sərnişini Rəşad Kazımov hadisə yerində ölüb.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, “Niva” nın sürücüsü Fuad Əliyev Goranboy rayon İcra hakimiyyəti başçısının köməkçisidir.
Modern.az