Modern.az

Təcavüz etdiyi qızla evlənən məhkum edamdan xilas oldu

Təcavüz etdiyi qızla evlənən məhkum edamdan xilas oldu

10 Dekabr 2016, 20:13

İranda 16 yaşında bir qız uşağına təcavüz etməkdən edam cəzasına məhkum edilən adam, qızla evlənməyi qəbul edəndən sonra edam cəzasından xilas olub.  Modern.az İran mediasına istinadən bildirir ki, universitet tələbəsi, 22 yaşlı Vahid, eyni məhəllədəki 16 yaşlı bir qıza təcavüz etmə cinayətindən mühakimə olunub.

 

Kassasiya mərhələsində olan davada adam, təcavüz etdiyi qızın ailəsinin razılığı ilə qızla evlənməyi qəbul edəndə cəzasında güzəşt edilərək edamdan xilas olub.

 

Məhkəmənin yeni qərarına görə, təxminən bir ildir həbsdə olan həmin şəxs 2 il daha həbsxanada qaldıqdan sonra sərbəst buraxılacaq.

 

Ancaq qıza təcavüz edən adam, ilk öncə şərtli buraxılaraq təcavüz etdiyi qızla nikah masasına oturacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər