Britaniya çempionluğu uğrunda rinqə çıxacaq boksçular Derek Çisora ilə Dillian Vayt arasında döyüş öncəsi mübahisə yaşanıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə döyüşdən əvvəl keçirilən mətbuat konfransında baş verib. Belə ki, Derek Çisora əlinə keçən masanı Dliian Vayt və onu müşayiət edən qrupa tərəf tullayıb. Bundan sonra sakitliyi pozmuş rinq ustası mətbuat konfransını tərk edib.
Modern.az