Modern.az

“Uzun yollar” sənədli filminin təqdimatı olub  

“Uzun yollar” sənədli filminin təqdimatı olub   

10 Dekabr 2016, 22:28

Bakıda Park Cinemada Humanitar Tədqiqatlar İctimai Birliyinin məcburi köçkünlər barədə hazırladığı “Uzun yollar” sənədli filminin təqdimat mərasimi keçirilib. Modern.az saytı xəbər verir ki, filmin ssenari müəllifi Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, rejissoru tanınmış telejurnalist Eldəniz Elgündür. Filmin təqdimat mərasimində layihə iştirakçıları, QHT sədrləri, Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri və ictimai xadimlər iştirak ediblər. 40 dəqiqəlik sənədli film işğal olunmuş rayonların şahidlərin xatirələrində əks olunmasından, münaqişənin onların həyatına vurduğu zərərlərdən bəhs edir.

Filmdə əsasən Şuşa, Kəlbəcər, Laçın və Ağdam rayonlarından məcburi köçkün düşən insanların həyat yolundan, işğal zamanı şahidi olduqları tarixi faktlardan danışılıb.

Qeyd edək ki, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər