Modern.az

Müğənniyə etiraz edən 10 nəfər tutulub

Müğənniyə etiraz edən 10 nəfər tutulub

10 Dekabr 2016, 22:43

Qarabağ Azadlıq Təşkilatının üzvləri erməni əsilli müğənni Filipp Kirkorovun Bakıya gəlməsinə etirazlarını bildiriblər. Modern.az saytı xəbər verir ki, Musavat.com-un məlumatına görə, QAT üzvləri müğənninin dekabrın 10-da keçirilən konsertində etiraz şüarları səsləndiriblər.

 

Konsert keçirilən zala daxil olan QAT üzvləri Azərbaycan və rus dillərində "Erməni Filipp, rədd ol!",- şüarları səsləndiriblər. Polislə qarşıdurma yaranıb və ondan artıq QAT üzvü həbs edilib.

 

QAT sədri Akif Nağının sözlərinə görə, saxlanılanlar Səbael rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparılıblar: "Hazırda oraya gedirəm".

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər