Modern.az

Avtobusda unutduğunuz əşyalar burada saxlanılır - VİDEO

Avtobusda unutduğunuz əşyalar burada saxlanılır - VİDEO

10 Dekabr 2016, 22:54

Onlarla şəxsiyyyət vəsiqəsi və xarici pasport, mobil telefonlar, bank kartları, xeyli pul və digər əşyalar. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, bunlar “Baku Bus” MMC-nin itən əşyalar üçün nəzərdə tutulmuş otağında saxlanılır.

 

Bir neçə ay ərzində sərnişinlər tərəfindən avtobuslarda xeyli əşyalar unudulub.

 

Onlar arasında ən çox vacib sənədlər üstünlük təşkil edir.

 

Əşyalar gətirildikdən sonra onlar qurumun “facebook” səhifəsində paylaşılır. Bundan əlavə xüsusi nömrə ilə işarələnir.

 

İtən əşyalarla bağlı xüsusi proqram da yaradılıb. Əşya ilə bağlı məlumatlar oraya da əlavə edilir. Bundan əlavə kimsə hansısa əşyasına görə müraciət edirsə, o zaman həmin müraciət də qeydiyyata götürülür və bazadan axtarış verilir. Müraciət uyğun gələrsə, o zaman həmin şəxs dəvət edilərək əşya ona təqdim edilir.

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər