Modern.az

İŞİD silahlıları yenidən Palmira şəhərində

İŞİD silahlıları yenidən Palmira şəhərində

10 Dekabr 2016, 23:29

İŞİD silahlıları yenidən Suriya ərazisində hücuma keçib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, İŞİD silahlıları Palmira şəhərinə daxil olub. Suriyanın İnsan Haqlarına Riayətetmə Monitorinq Mərkəzinin fəallarının məlumatına görə, terrorçular şəhərin şimal-qərb hissəsini zəbt ediblər.

Qeyd edək ki, Palmira martın sonlarında Rusiya aviasiyasının dəstəyi ilə Suriya hərbi qüvvələri tərəfindən terrorçulardan azad edilmişdi.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər