Suriyada hökumət qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Homs əyalətində baş verib. Belə ki, orada yerləşən Et-Tifor hərbi aerodromunun yaxınlığında hökumət qüvvələrinə məxsus “MİQ-23” qəzaya uğrayıb.
İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.
Qeyd edək ki, qəza nəticəsində pilot xəsarət almayıb.
Modern.az