Modern.az

Şirkət rəhbəri ABŞ-ın dövlət katibi ola bilər

Şirkət rəhbəri ABŞ-ın dövlət katibi ola bilər

Dünya

11 Dekabr 2016, 00:28

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə irəli sürəcəyi namizədin adı açıqlanıb.  Modern.az saytı xarici mediaya istinadən xəbər verir kihəmin şəxs ölkənin iri neft şirkəti "Exxon Mobil"in rəhbəri Reks Tillersondur.

Qeyd edək ki, bir qədər əvvəl Nyu-Yorkun keçmiş meri Rudolf Culianın ABŞ-ın dövlət katibi vəzifəsi uğrunda mübarizədən qalib çıxdığı bildirilirdi. Lakin onun Tramp administrasiyasında vəzifə tutmaqdan imtina etdiyi bildirilir.

Bu günə kimi yerli mətbuatda ABŞ-ın əsas diplomatı vəzifəsinə irəli sürülənlər arasında ölkənin BMT-dəki keçmiş nümayəndəsi Con Boltonun, senator Co Mançinin, MKİ-nin keçmiş rəhbəri Devid Petreusun, istefada olan admiral Ceyms Stavridisin və digərlərinin adları çəkilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?