Modern.az

Meksikada boksçu babası ilə birgə qətlə yetirilib

Meksikada boksçu babası ilə birgə qətlə yetirilib

11 Dekabr 2016, 00:44

Meksikada idmançı qətlə yetirilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Qvadalaxara şəhər polisi peşəkar boksçu kiçik Alexandro Qonsalesin meyitini tapıb. Belə ki 23 yaşlı idmançının cəsədi evinin yanında qətlə yetirilmiş daha 2 şəxslə birgə yük maşınından aşkarlanıb.  Meyitlərdən biri baba Alexandroya məxsus olub.

Mərhum boksçu əvvəllər ikinci yüngül çəki dərəcəsində dünya çempionu tituluna namizəd olub. O, peşəkar rinqdəki döyüşlərindən 25 qələbə, 3 məğlubiyyət və 3 heç-heçə ilə ayrılıb. Alexandro Qonsales 2015-ci ildə İBF (Beynəlxalq Boks Federasiyası) versiyası üzrə görüşdə böyük britaniyalı Karl Fremptona uduzub.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU