Moldovadakı tanınmamış Dnestryanı ərazidə “prezident seçkiləri” başlayıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu bölgədə 417 nəfər səsvermə hüququ olan vətəndaş var.
Separatçı rejimin rəhbəri postuna 6 nəfər namizəddir. Onlar hazırkı “prezident” Yevgeni Şevçuk, separatçı rejimin parlamentinin sədri Vadim Krasnoselski, “Ali Şura”nın deputatı Oleq Xorjan, prokuror Aleksandr Deli, Odessa Hüquq Akademiyasının Tiraspol filialının direktoru Vladimir Qriqoryev və işsiz İrina Vasilakiydir.
Ən azı faiz seçici səsverməyə gələrsə “seçki” baş tutumuş hesab olunacaq. İlkin nəticələr dekabrın 12-də elan ediləcək.
Şevçuk sentyabr ayında “Dnestryanı Moldova Respublikası”nın Rusiyaya birləşməsinə hazırlıq haqda fərman imzalayıb.
Dnestryanı bölgədəki separatçılar “müstəqilliklərini” 1990-cı illərin əvvəllərində elan ediblər. Rusiya separatçıları dəstəkləmək üçün bura iqtisadi dəstək verir. Bu vəsaitin ildə milyard dollara yaxın olduğu bildirilir.
Modern.az