Kanadada rusiyalı esktremal Oleq Kriket həbs olunub. Modern.az saytı xəbər verir ki, Şimali Amerika ölkəsinin hüquq-mühafizə orqanları sosial şəbəkələrdə yayılmış videoçarxı gördükdən sonra gəncin həbsi barədə qərar veriblər. Gənc ekstremal Toronto şəhərinin ən yüksək göydələnlərindən birinin zirvəsində ağlasığmaz hərəkətlər edərək hamını heyrətləndirib.
Virtualaz.org-un məlumatına görə, Oleq Kriket artıq bir neçə ildir ki, rufinqlə məşğuldur və Rusiyada, Almaniyada, Fransada, BƏƏ-də və bir sıra digər ölkələrdə 50-dən çox göydələni “fəth edib”.
Modern.az