Modern.az

Qırğızıstanda referendumun nəticələri məlum oldu

Qırğızıstanda referendumun nəticələri məlum oldu

12 Dekabr 2016, 09:30

Qırğızıstanda konstitusiya dəyişiklərinə səsvermənin ilkin nəticələri açıqlanıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

 

Ölkə vətəndaşları hökumətin səlahiyyətlərinin artırılmasını nəzərdə tutan konstitusiyaya dəyişikliklər edilməsinin lehinə səs verib.

 

 

Mərkəzi Seçki Komissiyasının ilkin açıqladığı rəqəmlərə görə, əksər bülletenlərin hesablanmasından sonra seçicilərin təqribən 80%-i prezident Almazbek Atambayevin müttəfiqləri tərəfindən təklif olunan konstitusiyaya düzəlişlər paketinə səs verib.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu