London və Nyu-York birjalarında neft qiymətləri kəskin artıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, OPEK və təşkilata daxil olmayan ölkələrin neft hasilatını azaltmaq barədə razılıq əldə etməsindən sonra “qara qızıl” kəskin bahalaşıb.
Nyu-York birjasında WTI markalı neftin 1 bareli 4,72% bahalaşaraq 53,93 dollar olub. London birjasında isə Brent markalı neft 4,22% dəyər qazanaraq 56,59 dollar olub.
Vüqar İSMAYILOV