Ford model sırasında önəmli yerə malik daha bir avtomobil Ford Focus-dur. Ford Azərbaycan bu avtomobilin 1,6 litrlik 100 at gücündə mühərriklə təchiz olunmuş, 4 pilləli avtomat transmissiyaya malik variantını təqdim edir. Öncə Ford Focus-un xarici görünüşü barəsində bir qədər məlumat verək. Bu avtomobil tonlaşdırılmış şüşələrə, qara rəngli qapı tutacaqlarına və moldinqlərə, ön və arxa duman əleyhinə fənərlərə malikdir. Dəri ilə işlənmiş oturacaqlar, ön və arxa qapıların elektrik şüşəqaldıranları, elektriklə tənzimlənən yan güzgülər, hündürlüyə görə tənzimlənən sürücü oturacağı, hidravlik gücləndiriciyə malik sükanın hündürlüyə və dərinliyə görə tənzimlənməsi salona yeni əyləşən sürücüyə Ford Focus-un salonunun malik olduğu komfortu artıq hiss etdirir. Avtomobilin salonu həmçinin klimat-kontrol, kruiz-kontrol, kondisioner, audiosistem, soyuducu ilə də təchiz edilmişdir. Avtomobilin təhlükəsizlk sisteminə sürücü və ön sərnişin üçün təhlükəsizlik yastığı, bütün oturacaqlar üçün təhlükəsizlk kəmərləri, mərkəzi kilid daxildir.
Bu mükəmməl avtomobili bank və sığorta xərcləri daxil olmaqla cəmi 3000 manat ilkin ödəniş etməklə və sərfəli kredit şərtləri ilə Ford Azərbaycan-dan əldə edə bilərsiniz. Bundan başqa nəğd və kredit yolu ilə satılan hər bir avtomobilə 500 manat endirim olunur.
Ford Azərbaycan hər satılan Ford avtomobilinə 3 il və ya 100.000 km zəmanət verir.
Ünvan: Bakı şəhəri, Xətai prospekti 36
Telefonlar: 496 01 10 496 00 21