Türkiyədə son 1 ildə 17 dəfə canlı bomba və bomba yüklənmiş maşınla terror törədilib. Bu olaylarda polis, əsgər və sivil vətəndaş olmaqla 298 adam həyatını itirib. 1000-ə yaxın insan da yaralanıb... Qanlı 1 ilin statistikası...
İlk terror hadisəsi Diyarbakırda törədildi. İŞİD-in gerçəkləşdirdyi olayda 5 nəfər həyatını itirdi. 400 nəfər də yaralandı.
Bu terrorun ardınca Kobaniyə kömək aparmaq üçün Şanlıurfanın Suruç mahalına gedən 300 nəfərlik qrupa yeniden İŞİD canlı bomba hücumu əşkil etdi. Nəticədə 34 nəfər öldü, 100-dən çox adam yaralandı. Bunumla da bitmədi…
İstanbulda Fatih Polis Mərkəzinə bomba yüklü avtomobillə hücum təşkil edildi. Hücumun ardından çıxan qarşıdurmada bir polis məmuru həyatını itirdi, iki təcavüzkar öldürüldü, 10 nəfər yaralandı.
Ankaradakı barış mitinqində isə terror 103 adamın canını aldı.
Növbəri terrorun yeri Sabiha Gökçen Hava limanı oldu. Burda 1 nəfər həyatını itirdi, 1 adam da yaralandı.
Bununla da terroristlər durmadı. Suriya mənşəli 28 yaşlı terrorçu turistlərin çox olduğu İstanbul Sultanəhməd meydanında üzərindəki bombanı partlatdı. Partlayış nəticəsində 13 nəfər öldü, 16 adam da yaralandı.
Yenə Ankara... Bomba yüklü avtomobil Baş qərargah, TBMM və qüvvət komandanlığının yaxınlığında partladıldı. Burda 28 nəfər öldü, 61 nəfər yaralandı.
Son beş ayda üçüncü terror isə Ankara Kızılay meydanında oldu. Bomba dolu maşının parladılması nəricəsində 34 adam öldü, 125 nəfər yaralandı.
İstanbulun mərkəzi Beyoğlunda canlı bomba özünü partlatdı. Burda 5 nəfər öldü, 37 nəfər də yaralandı.
Qaziantep Təhlükəsizlik Müdirliyi qarşısında bomba yüklü avtomobil partladıldı. Terrorda 2 polis məmuru şəhid oldu, 22 nəfər yaralandı.
Diyarbakırın Bağlar mahalında polislərin avtobusu partladıldı. Burda 3 adam öldü, 45 adam da yaralandı.
Nöberi terrorda PKK 15 ton partlayıcı yüklənmiş maşını partlatdı. Burada 16 adam həyatını itirdi.
İstanbulun mərkezi sayılan Vezneciler rayonunda bomba yüklü maşınla edilen terrorda 11 adam həyatını itirdi. 36 nəfər yaralandı.
Mardinin Midyat mahalında Təhlükəsizlik Müdirliyi binasına bomba yüklü avtomobillə təşkil edilən hücumda isə 4 insan həyatını itirdi.
Sırada yenə hava lımanıydı. İstanbul Atatürk Hava limanında təşkil edilən terror hücumunda 40 adam həyatını itirdi, 100-dən çox adam yaralandı.
Və son TERROR!
Beşiktaş Vodafone Arena Stadionu yaxınlığında Beşiktaş-Bursaspor matçının ardından iki ayrı terror hücumu meydana gəldi. Terrorda 30-u polis, 8 svil olmaqla 44 adam şəhid oldu, 136 nəfər yaralandı.
P.S. Bundan başqa Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlet çevrilişi cəhdində 246 adam şəhid oldu. Bunların 62-si polis, 5-i əsgər, 179-u sivil vətəndaş idi...
Məhsəti Şərif