Modern.az

İstanbulda 44 nəfərin öldüyü yerin adı dəyişdirdi

İstanbulda 44 nəfərin öldüyü yerin adı dəyişdirdi

12 Dekabr 2016, 14:53

Türkiyədə terror hadisəsinin baş verdiyi yerin adı dəyişdirilib.

Modern.az xəbər verir ki, Beşiktaş bələdiyyəsi terror aktının baş verdiyi Bələştəpə adlanan yerin adını dəyişdirərək  “Şəhidlər təpəsi” edib.

Həmçinin bələdiyyədən verilən məlumata görə, yaxın günlərdə hadisənin baş verdiyi nöqtəyə abidə  ucaldılacaq.

Qeyd edək ki, dekabrın 10-da “Beşiktaş Vodafone Arena” stadionunun yaxınlığında törədilmiş terror aktı nəticəsində  155 nəfər xəsarət alıb, 44 nəfər isə həyatını itirib.

 

Mirmahmud KAZIMOĞLU 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu