Modern.az

Qaraçı mahnılarının kraliçası, 52 uşaq anası ölüb

Qaraçı mahnılarının kraliçası, 52 uşaq anası ölüb

12 Dekabr 2016, 20:26

Qaraçı mahnılarının kraliçası, makedoniyalı qaraçı əsilli müğənni Esma Rəcəpova bu ölkənin paytaxtında 73 yaşında vəfat edib. Modern.az xaric mediaya istinadən xəbər verir ki, o, özünün 5 və övladlığa götürdüyü  47 uşağı böyüdüb.

Bu səbəbdən o həm də çoxuşaqlı ana kimi tanınırdı.

Esma Rəcəpova gənclik illərindən oxumağa başlayıb. Rəcəpova 2010-cu ildə National Public Rradionun versiyasına görə “Dünyanın 50 ən yaxşı səsi” siyahısına düşüb.

2013-cü ildə mekadoniyalı müğənni Vlatko Lozanoski ilə bu ölkəni “Eurovision”da təmsil edib.

 

Esma Ümumdünya qaraçı təşkilatının üzvü idi və 2 dəfə Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu