Modern.az

Tovuzda qətl törədən şəxs tutulub

Tovuzda qətl törədən şəxs tutulub

12 Dekabr 2016, 21:13

Tovuz rayon sakinini qətlə yetirən şəxs saxlanılıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, faktın üstü Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində açılıb. Belə ki, rayonun Yanıqlı kənd sakini, 1973-cü il təvəllüdlü Rüfət Əliyevi bıçaqlayaraq qətlə yetirən şəxs, onun həmkəndlisi, 1964-cü il təvəllüdlü Ramiz Nəcəfov saxlanılıb.

 

İlkin məlumata görə, hər iki şəxs bir yerdə yeyib içdikdən sonra sərxoş vəziyyətdə mübahisə ediblər və sonda qətl törədilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu