ABŞ-ın yeni Dövlət katibinin adı məlum olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp bu posta Reks Tillersonu təyin edib.
Xatırladaq ki, Reks Tillerson ExxonMobil neft şirkətinin direktorlar şurasının sədri olub. O, 1952-ci il martın 23-də Texas ştatının Uiçito-Fols şəhərində doğulub.
Vüqar İSMAYILOV