“Azərbaycandakı yəhudi icması və İsraildəki Azərbaycandan olan təqribən 70 min nəfər insan bizim ölkələri bir-birinə bağlayan körpüdür”.
Modern.az-ın İsrail KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Bakıda rəsmi işgüzar səfəri zamanı İsrail Baş naziri Binyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Baş nazir İsrail-Azərbaycan arasındakı əlaqələrdən də danışıb:
“Azərbaycan və İsrail arasında əla münasibətlər var”.
Netanyahu ikinci dəfə Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirib.
O, Azərbaycan və İsrailin, eləcə də bu iki ölkənin xalqlarının bir-birinə ənənəvi dostluq əlaqələri ilə bağlı olduğunu diqqətə çatdıraraq Azərbaycanda tolerantlıq ənənələrinin yüksək səviyyədə olduğunu əlavə edib.
Ağa AKİFOĞLU