Modern.az

İsrailin Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

İsrailin Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

Aktual

13 Dekabr 2016, 19:02

İsrailin Baş naziri Benyamin Netanyahu və xanımı Sara Netanyahu dekabrın 13-də Şəhidlər xiyabanını ziyarət ediblər.

 

B.Netanyahu Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Bakının mənzərəsini seyr edən İsrailin Baş nazirinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər