Modern.az

Dörd yaşlı uşaq əməliyyatdan bir gün sonra ölüb

Dörd yaşlı uşaq əməliyyatdan bir gün sonra ölüb

Aktual

13 Dekabr 2016, 20:54

İmişlidə xəstəxanada uşaq ölümü qeydə alınıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, İmişli rayonunun Muradxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Hüseyn Balakişi oğlu Mehdiyevi dekabrın 7-də “kriptorxizm” diaqnozu ilə rayon xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə,  əməliyyat normal keçib, əməliyyat öncəsi pasiyentdə heç bir əks göstəriş aşkar edilməyib. Amma buna baxmayaraq dekabrın 8-də axşam saatlarında uşağın vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər