Modern.az

Müsavatçı gənclərin rəhbərliyi “Böyük Xalq Günü”nə qatılmayıb

Müsavatçı gənclərin rəhbərliyi “Böyük Xalq Günü”nə qatılmayıb

11 Mart 2011, 12:40

“Facebook” sosial şəbəkəsi vasitəsi planlışdırılan “Böyük xalq günü” gənclərin etiraz aksiyasının bu gün keçirilməsi gözlənilir. Bir neçə gündür ki, sosial şəbəkədə bununla bağlı təbliğat aparılsa da, aksiyanın harada, nə zaman keçiriləcəyi məlum deyil.

 

 Modern.az saytı cəmiyyətdə böyük ajiotaja səbəb olan bu aksiya ilə bağlı ölkədə fəaliyyət göstərən bir neçə siyasi partiyanın gənclət təşkilatı və eləcə də tələbə gənclər təşkilatları ilə əlaqə saxlayıb. 

Müsavat partiyasının Gənclər İttifaqının rəhbəri Tural Abbaslı bildirib ki, onlar bu aksiyalarda rəbhərlik səviyyəsində təmsil olunmasalar da, gənclərin iştirakı sərbəstdir.

 

“Biz əsasən tam gücümüzlə sabahkı mitinqlərə hazırlaşırıq. Ümumilikdə biz gənclərimizi sərbəst buraxmışıq. Onlar istənilən formada bu aksiyalarda iştirak edə bilərlər”.

 

Gənclərin təşkil etdiyi aksiyanın əhəmiyyətindən danışan T.Abbaslı qeyd edib ki, bugünkü mitinqlərdə heç bir partiyanın üzvü olmayan gənclərin iştirakı gözlənilir: “Bildiyimiz kimi, bu aksiyaya sosial şəbəkə vasitəsi ilə xaricdə yaşayan gənclər təşkilatçılıq edirlər. Biz heç vaxt bu xalq gününün əleyhinə olmamışıq. Amma onların fikirləri belə oldu ki, bu hərəkatda sırf heç bir siyasi partiyalarla əlaqəsi olmayan müstəqil gənclər iştirak etsinlər. Bu baxımdan biz təşkilatçılıq, təbliğatçılıq məsələlərində onlara müdaxilə etmədik. Çünki, sonradan deyilməsin ki, gənclərin aktivliyindən hansısa şəxs özünə dividentlər qazanmaq istəyir. Biz sadəcə onlara təbliğatda dəstək olduq”.

 

 

Azərbaycan Tələbə Gənclər Təşkilatının departament rəhbəri Cəmil Hüseynov bildirib ki, gənclərin bu cür aksiyalar keçirməsi ilə müsbət nəyəsə nail olması düzgün deyil: “Biz hesab etmirik ki, bu cür aksiyalarla hansısa müsbət irəliləyişlər əldə eləmək olar. Bu baxımdan biz ölkədə bu cür aksiyaların keçirilməsini nəyəsə nail olmaq üçün düzgün variant kimi qiymətləndirmirik”.

 

C.Hüseynov  qeyd edib ki, Tələbə Gənclər Təşkilatı ictimai fəaliyyətlə yanaşı, siyasi fəaliyyətlə də məşğuldur. Onun sözlərinə görə, təşkilatın əsas məqsədi Azərbaycan gəncliyinin düzgün istiqamətə yönəldilməsidir. Bu baxımdan TGT gənclərin bu aksiyasının müsbət hesab etmir. Anar Rüstəmov

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal