Modern.az

11 yaşlı qız dəm qazından zəhərlənib

11 yaşlı qız dəm qazından zəhərlənib

Aktual

13 Dekabr 2016, 22:28

Gəncədə dəm qazından zəhərlənmə olub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb. Orada yaşayan 2005-ci il təvəllüdlü Aytac Əzizova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. O dərhal xəstəxanaya çatdırılıb. Qıza ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər