Modern.az

Goranboyda çaqqallar kəndə hücum edib  

Goranboyda çaqqallar kəndə hücum edib   

Aktual

13 Dekabr 2016, 23:28

Goranboy rayonunda çaqqallar kəndə hücum edib. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, hadisə rayonun Tatarlı kəndində baş verib. Yırtıcılar 20-dən çox ev quşunu tələf ediblər. Belə ki, səhər saatlarında kənd sakini Asif Əzizovun həyatyanı sahəsinə daxil olan yırtıclar ev quşlarını parçalayıb. Bu səbəbdən də sakinlər yırtıcıların hücumlarının qarşısını almaq və onları məhv etmək üçün tələ qurublar. Lakin yırtıcılardan yalnız biri məhv edilib.

Tatarlı kəndinin sakinləri bildirirlər ki, gündüz kəndə gələn yırtıcılar insanlara da hücum edirlər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər