Modern.az

Oteldə törədilən qətlin səbəbi bilinib - VİDEO

Oteldə törədilən qətlin səbəbi bilinib - VİDEO

Aktual

13 Dekabr 2016, 23:46

Masallıda 29 yaşlı qadının oteldə qətlə yetirilməsinin təfərrüatları məlum olub. Modern.az saytı xəbər verir ki, ARB TV-nin məlumatına görə, Salyan sakini Hüseynova Röya  ürək nahiyəsindən 1 bıçaq zərbəsi alıb.

 

Yaralı, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Röya Hüseynovanın keçmiş həyat yoldaşı Masallı sakini 41 yaşlı İbrahim Muradov tərəfindən qısqanclıq zəmnində qətlə yetirildiyi məlum olub.

 

Faktla bağlı cinayət işi açılıb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər