Modern.az

“Demokratik sosiska” ilin sözü oldu

“Demokratik sosiska” ilin sözü oldu

14 Dekabr 2016, 12:16

Avstraliyanın milli lüğət mərkəzi ilin sözünü seçib.

Modern.az xarici mediaya istinadən bildirir ki, bu, democracy sausage – “demokratik sosiska” söz birləşməsi olub.

Avstraliyada “democracy sausage” deyəndə qrildə hazırlanan və səsvermə günü seçki məntəqələrində qonaq edilən sosiska nəzərdə tutulur.

2016-cı il iyulun 2-də Avstraliyada parlament seçkiləri keçirilib. Son 3 ildə hakimiyyətdə olan Liberal-millətçi koalsiya qalib gəlib.

Malkolm Ternbuld ölkənin baş naziri olub.

“Demokratik sosiska” fikri ilk dəfə 2012-ci ildə yaranıb, ancaq populyarlığı bu il əldə edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər