Modern.az

İcbari tibbi sığorta xidmətləri vergidən azad olunur

İcbari tibbi sığorta xidmətləri vergidən azad olunur

14 Dekabr 2016, 12:45

Azərbaycanda icbari tibbi sığorta xidmətləri göstərən sağlamlıq müəssisələrinin gəlirlərinin möhlətsiz olaraq mənfəət vergisindən azad ediləcək.

 Modern.az-ın məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deyib. Nazir bildirib ki, parlamentə təqdim olunmuş vergi qanunvericiliyinə dəyişikliklərdə icbari tibbi sığorta xidmətlərinin göstərən sağlamlıq müəssisələrinin gəlirlərinin möhlətsiz olaraq mənfəət vergisindən azad edilməsi nəzərdə tutulub.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!