Modern.az

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

14 Dekabr 2016, 15:19

Dövlət Statistika Komotəsi Azərbaycan əhalisinin sayını açıqlayıb.

Modern.az xəbər verir ki, komitədən verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr aylarında əhalinin sayı 88,2 min nəfər və ya 0,9 faiz artaraq 2016-cı il noyabr ayının 1-i vəziyyətinə 9793,8 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub. Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır.

İndi Azərbaycanda hər 1000 kişiyə hazırda 1007 nəfər qadın düşür.

2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 133,3 min, yaxud hər gün orta hesabla 437 körpə doğulub. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarından ibarətdir.

Körpələrin 2306-sı əkiz, 57-si isə üçəmdir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər