Modern.az

"Azərbaycanın İntellektual BİRincisi" layihəsi başa çatdı

"Azərbaycanın İntellektual BİRincisi" layihəsi başa çatdı

14 Dekabr 2016, 15:20

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və "İrəli" İctimai Birliyi təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin final mərhələsi başa çatdı.

 13 dekabr 2016-cı il tarixində Azərbaycan İntellektual BİRincisi layihəsinin final mərhələsinin oyunları və bağlanış mərasimi keçirilmişdir.

 “İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellectual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altındareallaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan “Azərbaycanın İntellektual BİRincisi” layihəsini ərsəyə gətirdi.

 

İrəli İctimai Birliyinin silsiləvi layihələrindən olan "Azərbaycanın intellectual Birincisi" layihəsində 10 region, 66 rayon, 1109 gənc iştirak edib. Layihə çərçivəsində İsmayıllı, Sabirabad, Şəki, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəmkir, Quba, Tərtər rayonlarında müxtəlif rayonlanların gənc intellektualları birləşərək region turnirlərində,  eyni zamanda da Bakı şəhəri üzrə 11 rayon gənci "Xəmsə", "Nə?, Harada?, Nə zaman?", "Axtar tap", "Vətəni tanı" intellectual oyunları üzrə yarışmış, "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin  final mərhələsinə vəsiqə qazanıblar.

 

"Azərbaycanın intellektual Birincisi" layihəsinin bağlanış mərasimində Milli Məclisin Gənclər və İdman Komitəsinin rəhbəri Fuad Muradov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə sector müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edib, layihə haqqında öz fikirlərini səsləndiriblər. Həmçinin “Azərbaycan İntellektual BİRincisi” layihəsinin tərəfdaşı olan Azərbaycan İntellektual Oyunlar Klubu və Xəmsə Milli İntellektual oyunun rəhbərləri Aydın Piriyev və Faiq Hüseynovada söz verilmişdir.

 

"Vətənitanı" intellectual oyununda 1-ci yer Nizami ( Tural Mustafayev), 2-ci yer Balakən (Afər Qardaşov), 3-cü yer Zərdab ( Aqil Məmmədov) rayonunun gənc intellektualları, "Axtar-tap" intellectual oyununda  1-ci yer Binəqədi, 2-ci yer Abşeron, 3-cü yer Lənkəran rayonunun gənc intellektualları, "Nə, harada, nə zaman?" və "Xəmsə"  intellektual oyunlarının hər birində   1-ci yeri Abşeron, 2-ci yeriYasamal, 3-cü yeri Saatlı rayonunun gənc intellektualları qazanıblar. Qalib gələn komandalar medallar, şəhadətnamə və dəyərli hədiyyələr ilə təltif olunublar.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər