Modern.az

Saakaşvili Poroşenkonu Türkmənbaşı ilə müqayisə etdi

Saakaşvili Poroşenkonu Türkmənbaşı ilə müqayisə etdi

14 Dekabr 2016, 15:35

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu Türkmənistanın mərhum lideri, Türkmənbaşı titulu daşıyan Saparmurad Niyazovla müqayisə edib.

Modern.az xarici mediaya istinadən bildirir ki, Saakaşvili beləliklə Ukrayna kütləvi informasiya vasitələrindəki senzura vəziyyətini şərh edib.

Keçmiş qubernator son vaxtlar televiziyalara çağırılmamasından şikayətlənib.

“Belə vəziyyət Türkmənbaşının vaxtında Türkmənistanda baş verirdi, orada alternativ reallıq yaratmışdı. Əgər bir adam televizorda yoxdursa, o adam yoxdur. Bağışlayın, bizdəki Poroşenkodur, yoxsa Türkmənbaşı? Bizdə Maydandan sonrakı Ukraynadır, yoxsa Türkmənistan?”, - Saakaşvili bəyan edib.

O həm də qeyd edib ki, Ukrayna telekanalları bir gün ona maraq göstəriblər.

Saakaşvili noyabrın 7-də Odessanın qubernatoru postundan getdiyini elan edib. Poroşenko təkcə istefasını qəbul etməyib, həm də özünün müşaviri vəzifəsindən də azad edib.

Saakaşvili istefadan sonra siyasi fəaliyyətini davam etdirəcəyini və “Yeni qüvvələrin ruhu” adlı partiya yaratdığını bəyan edib.

Saparmurat Niyazov 1991-ci ildən 2006-cı ilədək Türkmənistanın prezidenti olub. O, diktatura idarəçiliyinə görə tənqid olunurdu.

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər