Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə telefon zəngi edəcək.
Modern.az xəbər verir ki, bu gün axşam saatlarında baş tutacaq telefon danışığında əsas müzakirə mövzusu Suriyanın Hələb şəhərində yaranmış situasiya olacaq.
Ötən gün Şərqi Hələbdən sakinlərin dinc şəkildə çıxarılması üçün atəşkəs haqda razılıq əldə olunsa da, bu gün ərazidə yenidən döyüşlər intensivləşib.
Rusiya tərəfi də Hələbdəki situasiyanın Putin-Ərdoğan telefon danışığı zamanı müzakirə olunacağını bildirib.
Vüqar İSMAYILOV