"Suriyada 80-dan çox ölkədən on minlərlə şəxs döyüşür. Söhbət terrorçulardan gedir".
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Sergey Lavrov həmçinin ardıcıl olaraq 6 ildir ki, Suriyada faciənin yaşandığını da qeyd edib.
"Təqribən il yarım əvvəl ölkə paytaxtının terrorçular tərəfindən ələ keçirilməsi təhlükəsi var idi. Həmin vaxt qanuni hakimiyyətin xahişi ilə Rusiya öz Hərbi Kosmik Qüvvələrinin bölmələrini terrorçularla mübarizə üçün Suriya ordusuna kömək göstərməyə göndərdi".
Mirmahmud KAZIMOĞLU