Modern.az

11 ayda dövlət büdcəsinə nə qədər vəsait daxil olub?

11 ayda dövlət büdcəsinə nə qədər vəsait daxil olub?

14 Dekabr 2016, 15:59

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinə 12 965,5 mln. manat vəsait daxil olub.

Bu barədə məlumat Modern.az-a Dövlət Statistika Komitəsindən verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,11% azdır.

Hesabat dövründə büdcədən xərclənmiş vəsait isə 13 927,4 mln. manat olub ki, bu da illik müqayisədə 9,97% azdır.

Nəticədə, bu ilin ilk 11 ayında büdcənin icrasında 961,9 mln. manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 69,2 dəfə çox kəsir yaranıb. Büdcə kəsirinin ölkənin ümumi daxili məhsuluna nisbəti isə 0,03%-dən 1,8%-ə yüksəlib.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər