Azərbaycan Milli Almlər Akademiyasının (AMEA) Rəyasət Heyəti həqiqi və müxbir üzvlüynə seçkilər haqda elan verib.
Modern.az-ın xəbərinə görə, elanda qeyd olunub ki, AMEA-nın həqiqi üzvləri (akademikləri) AMEA Nizamnaməsinin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdrən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.
AMEA-nın müxbir üzvləri AMEA Nizamnaməsinin 5.3-cü bəndinə əsasən elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
“AMEA üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamə”yə uyğun olaraq ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuraları AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlər irəli sürmək hüququna malikdir.
AMEA üzvlüyünə irəli sürülən namizədlərin sənədləri seçkilər haqqında mətbuatda elan dərc edildiyi gündən etibarən 30 gün müddətində AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Komissiyaya təqdim edilməlidir.
Modern.az