Madridin “Real” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dekabrın 12-də dördüncü dəfə “Qızıl top” mükafatına layiq görülüb. Futbol dünyasının ən nüfuzlu mükafatları arasında yer alan "Qızıl top"u və "Dünyada İlin Futbolçusu" mükafatını qazana bilməyən bir çox ulduz futbolçu var.
Modern.az onları təqdim edir:
Zlatan İbrahimovic
Altı komanda ilə (“Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ) Çempionlar Liqası matçlarında qol atan və 4-ci liqada (Hollandiya, İtaliya, İspaniya, Fransa) 13 dəfə çempionluq yaşayan yeganə oyunçu adına sahib Zlatan İbrahimovic, "Qızıl top" hədəfinə çata bilməyən ulduz futbolçular arasında ən diqqət çəkən addır.
Andres İniesta
“Barselona” formasını 15 mövsümdür geyinən İspaniya millisinin də üzvü Andres İniesta 599 oyunda 54 qol atıb, 132 qol ötürməsi edib. 32 yaşlı orta sahə oyunçusu, milli forma ilə 113 oyunda 13 dəfə fərqlənib.
“Qızıl top" mükafatında “Barselona”dakı komanda yoldaşı argentinalı ulduz Lionel Messinin mükafatı aldığı 2010-ci ildə İniesta ikinci olarkən, 2011-ci ildə dördüncü, 2012-ci ildə isə 3-ci sırada yer alıb.
Stiven Cerrard
İstanbuldakı Atatürk Olimpiya stadionunda oynanan Çempionlar Liqası final oyununda “Liverpul” “Milan”a qarşı 3-0 məğlub vəziyyətdə olanda komandanı ruhlandıran ingilis futbolçu Stiven Cerrard olub. Normal vaxtı 3:3 bitən matçı İngiltərə klubu penaltilərlə qazanıb kuboka sahib olmuşdu.
2005-ci ildə həmin kubokun sevincini yaşayan 36 yaşındakı Cerrard, həmin il UEFA-nın “İlin futbolçusu” mükafatını qazanıb, ancaq "Qızıl top" mükafatında Ronaldinyonun birinci olduğu sıralamada siyahının 3-ci pilləsində yer almışdı.
Frank Lampard
Frank Lampard İngiltərənin “Çelsi” klubunun heyətində 13 mövsümdə çıxdığı 626 oyunda 150 qol ötürməsi edib, 208 dəfə özü qapıçıları məyus edib.
2004 və 2005-ci illərdə İngiltərənin və “Çelsi”nin ilin futbolçusu mükafatını alan Lampard, 2005-ci ildə həm "Qızıl top", həm də "Dünyada İlin Futbolçusu" mükafatında 2-ci olaraq ən yüksək nəticəyə sahib olub.
Terri Hanri
Karyerasına Fransanın “Monako” klubunda başladıqdan sonra İtaliyada “Yuventus”, İngiltərədə “Arsenal”, İspaniyada “Barselona” və ABŞ-da “Nyu-York Red Bulls”un heyətində cəmi 709 oyuna çıxan Terri Hanri 344 qol vurub.
Fransa milli komandasında isə 123 dəfə oynayıb, 39 yaşlı futbolçu 51 qola imza atıb.
Fransız futbolçu "Qızıl top" mükafatında 2003-ci ildə ikinci, 2006-ci ildə üçüncü olub, 2003 və 2004-cü illərdə isə "Dünyada İlin Futbolçusu" mükafatında də ikinci yerlə kifayətlənib.
Devid Bekhem
İngilis təmsilçisi “Mançester Yunayted”, İspaniyada “Real” Madrid, ABŞ-da “Los Anceles Galaxy” və Fransada PSJ ilə 4 ayrı liqada çempionluq yaşayan yeganə ingilis futbolçu Devid Bekhem, 1999-cu ildə "Qızıl top" mükafatında ikinci olub, 1999 və 2001-ci illərdə də "Dünyada İlin Futbolçusu" mükafatında yenə ikinci yeri əldə edib.
Alessandro Del Pyero
İki mükafata nail olmayan ulduz futbolçulardan biri də İtaliya Seriya A-nın güclü komandalarından “Yuventus” ilə çoxsaylı uğurlara nail olan hücumçu Alessandro Del Pyerodur.
1993-cu ildə “Padova”dan transfer edildikdən sonra 2011-2012-ci illər mövsümündə sona qədər “Yuventus”un formasını geyib, 673 matçda 284 qol atıb 61 asistlik edən Del Pyero, 1997-1998-ci il mövsümündə Çempionlar Liqasında qol kralı (10) olub. Ulduz oyunçunun, "Qızıl top" və "Dünyada İlin Futbolçusu" mükafatlarında dərəcəsi uğuru yoxdur.
Dennis Berqkamp
İsveçdə keçirilən 1992-ci il Avropa futbol çempionatında və “Ayaks” forması ilə Avropada qol kralı olan hollandiyalı Dennis Berqkamp, "Qızıl top" mükafatında 1993-cü ildə ikinci, 1992-ci ildə isə üçüncü olub. "Dünyada İlin Futbolçusu" mükafatında isə 1993 və 1997-ci illərdə üçüncü yerə layiq görülüb.
Modern.az