Modern.az

Qurbanqulu prezidentliyə namizəd oldu

Qurbanqulu prezidentliyə namizəd oldu

Dünya

14 Dekabr 2016, 23:19

Türkmənistanın Demokratik Partiyası indiki dövlət başçısı Qurbanqulu Berdımuhəmmədovun növbəti seçkilərdə namizədliyini irəli sürüb.  Modern.az xəbər verir ki, Türkmənistanda prezident seçkisi 2017-ci ili fevralın 12-nə təyin olunub.

Qurbanqulu Berdımuhəmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsini iclas iştirakçıları yekdilliklə qəbul ediblər.

2016-cı il sentyabrın 14-də qəbul olunan yeni Konstitusiyaya görə prezident səlahiyyətləri 5 ildən 7 ilədək artırılıb. Bundan əlavə, ölkə prezidenti seçilmək üçün 70 yaş məhdudiyyəti aradan götürülüb.

Türkmənistanda ilk dəfə prezident seçikiləri çoxpartiyalı sistem üzrə keçiriləcək və 3 partiya – Türkmənistanın Demokratik Partiyası, Sənayeçilər və İş adamları Partiyası və Kəndli Partiyası iştirak edəcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU