Modern.az

“Canlı bomba Suriyadan gəlib”

“Canlı bomba Suriyadan gəlib”

Dünya

14 Dekabr 2016, 23:54

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda “Beşiktaş” stadionunun qarşısında törədilmiş partlayışdakı canlı bomba ilə bağlı yeni məlumat əldə etdiklərini bildirib. Modern.az saytı xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, XİN rəhbəri canlı bombanın Suriyadan gəldiyini bildirib.

“Bu barədə ABŞ dövlət katibi Con Kerriyə də məlumat vermişəm”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, dekabrın 10-da “Beşiktaş” stadionunun qarşısında törədilmiş terror aktlarının nəticəsində 44 nəfər həlak olub, 155 nəfər yaralanıb.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU