Modern.az

“Bazarlarda hər hansı sarsıntı gözlənilmir” – FED rəhbəri

“Bazarlarda hər hansı sarsıntı gözlənilmir” – FED rəhbəri

15 Dekabr 2016, 00:58

“ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin artırılması ilə bağlı bazarlarda hər hansı  sarsıntı gözləmir”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu FED-in rəhbəri Canet Yellen bildirib.

Canet Yellenin sözlərinə görə, uçot dərəcəsinin artırılmasına dair qərar iqtisadiyyatda tərəqqini əks etdirir.

FED rəhbəri bildirib ki, bunun bazar kurslarına təsiri yalnız cüzi ola bilər.

 

Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0,5-0,75% artırıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər