Modern.az

Qar Qubaya hansı problemlər yaradıb...

Qar Qubaya hansı problemlər yaradıb...

Aktual

15 Dekabr 2016, 09:56

“Hazırda Quba rayonunda yağan qar örtüyünün hündürlüyü 10 santimetrdir”.

Bu haqda Modern.az-a Quba rayon icra başçısının müavini, Fövqaladə Hallar Komissiyasının sədri Yusif Abidov məlumat verib.

O deyib ki, dağlarda daha çox qar yağıb:

“Buna baxmayaraq rayonda ümumi vəziyyət normaldır, elə bir çətinliyimiz yoxdur. Yollar açıqdır, qaz, işıq fasiləsiz verilir, su problemimiz yoxdur. Hava şəraiti ilə əlaqədar rayonda hər hansı hadisə baş verməyib”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər