Modern.az

Bu müəssisələr satışa çıxarıldı

 Bu müəssisələr satışa çıxarıldı

İqtisadiyyat

15 Dekabr 2016, 12:29

"Aqrarkredit” qeyri-bank kredit təşkilatı Azərbaycanda iki müəssisəni satışa çıxarıb. Bu barədə Modern.az-a təşkilatdan məlumat verilib.

Məlumata görə, satışa çıxarılan obyektlər Mingəçevir şəhərində və Şəki rayonunda tikinti materiallarının istehsalı ilə məşğul olan müəssisələrdir.

Bu proses Azərbaycan Beynəlxalq Bankının “Aqrarkredit”in idarəetməsinə verilmiş problemli kreditlərinin satışa çıxarılması ilə əlaqədardır.

 

Modern.az 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal