Modern.az

Xınalıqda vəziyyət necədir?

Xınalıqda vəziyyət necədir?

15 Dekabr 2016, 13:33

Ötən gündən başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Paytaxt da daxil olmaqla, bölgələrə də qar yağır.

 

Modern.az saytı Qubanın Xınalıq kəndində yerləşən məktəblə  əlaqə saxlayıb. Məktəbin direktoru Ənvər Hacıməmmədov bildirib ki, rayon mərkəzi ilə əlaqə kəsilib.

 

“Qubanın Xınalıq kəndinə 20 sm-dən çox qar yağıb. Kənddən rayon ərazisinə çıxış bağlıdır. Hal-hazırda kəndə tarktorlar gətirilib. Yolların qardan təmizlənməsi həyata keçirilir”.

 

Məktəbin direktoru, şagirdlərin dərsə davamiyyətindən də söz açıb.

 

“Kiçik yaşlı məktəblilərin dərsə gəlməsində fasilə yaranıb. Amma böyük siniflərin davamiyyəti normaldır. Həmçinin, elektrik verilişində də hələ ki, problem yaranmayıb. Otaqlar istidir. Külək əsmədiyindən ciddi problem yoxdur. Axşama doğru havanın necə olacağını söyləyə bilmərəm”

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər