Modern.az

Daha bir neftçimizin meyiti tapıldı

Daha bir neftçimizin meyiti tapıldı

15 Dekabr 2016, 15:24

"Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza zamanı dənizdə itkin düşən neftçilərdən bir nəfərin meyiti tapılıb. 

 

Modern.az xəbər verir ki, bu haqda  "Azneft" İB-də yaradılan qərargahda baş direktorun I müavini Balamirzə Ağarəhimov bildirib. 

 

Onun sözlərinə görə, həmin şəxs Ələt qəsəbəsinin sakini İlham Qafarovdur.

 

B.Ağarəhimov qeyd edib ki, həmin şəxsin meyiti gəmiyə çıxarılıb:

“O biri neftçilərin axtarışı istiqamətində işlər aparılır. Hadisə yerinə 10-dan çox gəmi, eyni zamanda FHN-in helikopteri cəlb olunub.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlının saytımıza verdiyi ilkin məlumata görə, hadisədən dərhal sonra suda batan Cavid Bəhrəmovun meyiti tapılıb.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər