Modern.az

Xəzərdəki faciə yerindən FOTOLAR

Xəzərdəki faciə yerindən FOTOLAR

15 Dekabr 2016, 15:58

 

Xəbər verdiyimiz kimi dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsində yerləşən estakada uçub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) “Vixr-5” və “Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

 

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb: 

1. Zülfüqarov Güloglan - maşinist 

2. Zülfüqarov Azay - operator 

3. Qurbanov Vidadi - operator 

4. Həsənov Elçin - mexanik 

5. Hacıəliyev Həsənağa - operator 

6. Qafarov İlham - operator 

7. Əsədov Samir - operator 

8. Bəhrəmov Cavid - operator 

9. Abbasov Ramiz - maşinist 

10. Rüstəmov Qorxmaz - operator 

Onlardan Cavid Bəhrəmov və İlham Qafarovun meyiti sudan çıxarılıb.

 

Modern.az hadisə baş verən platformadan fotoları təqdim edir:

 

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər